Peşə təhsilinə qəbul faizi artıb.
Trend xəbər verir ki, bu barədə Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov media üçün keçirilən brifinqdə deyib.
“2023-cü ildə tələbə qəbulunda sözügedən artım müşahidə edilib. Son 4 ildə peşə təhsilinə müraciətdə də artım var. Daha çox vətəndaşın təhsil almaq istəməsinə rəğmən bizim müəssisələrdə yerlərimiz azdır. Bu da infrastrukturla bağlı olan problemdir.
Ölkədə yeni müəssisələrin tikilməsini davam etdirir. Bakı və digər şəhər, rayonlarımız var ki, daha çox tələbə qəbuluna şərait yoxdur.
Bu ilk dəfə olaraq peşə təhsilində 2 növbəli təhsilə keçəcəyik”,- deyə o bildirib.