CƏMİYYƏT21.10.2024 23:20

Pensiyalar bu tarixdə ödəniləcək

2659

Azərbaycanın rayonlarında oktyabrın 20-28-i aralığında pensiyaların ödənilməsi nəzərdə tutulur. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Vurğulanıb ki, müvafiq qrafikə əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiya ödənişləri hər ayın 8-15-i, digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiya ödənişləri isə ayın 20-28-i aralığında nəzərdə tutulub. Sosial ödənişlərin bank kartlarına köçürüləcəyi günlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir.

YUXARI