DÜNYA26.7.2024 15:16

Kreml: Tramp prezident seçilsə, Rusiya ilə bağlı mövqeyi Baydendən fərqlənməyəcək 

2931

Donald Tramp yenidən prezident seçilsə onun ölkəmizlə bağlı mövqeyi sələfindən fərqlənməyəcək.

Yenimedia.org-un RİA “Novosti”yə istinadən xəbərinə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

    O, 77 yaşlı D. Trampın ABŞ-nin “rusofob” siyasi elitasını təmsil etdiyini vurğulayıb. Bildirib ki, məhz buna görə o seçildikdən sonra rəsmi Vaşinqtonun anti-Rusiya siyasətində hər hansı dəyişikliyin olacağını düşünmür.

    YUXARI