DÜNYA5.10.2022 09:02

İranda 5,4 bal gücündə zəlzələ baş verib

262

İranın şimal-şərqində 5,4 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Təbriz şəhərindən 102 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

YUXARI