DÜNYA15.8.2022 08:30

İran nüvə duzsuzlaşdırma zavodu tikməyi planlaşdırır

2633

Tehran dəniz suyunun duzsuzlaşdırılması zavodunun istismarı üçün Buşehrdə iki yeni atom enerji blokundan istifadə etməyi planlaşdırıb.

Trend xəbər verir ki, Buşehr əyalətinin qubernatoru Əhməd Məhəmmədizad avqustun sonunda nüvə duzsuzlaşdırma zavodu layihəsinin faktiki icrasına başlandığını elan edib.

İranın Atom Enerjisi Təşkilatı tikintidə iştirak edəcək.

Artıq Buşehrdəki atom elektrik stansiyası saatda təxminən bir giqavat elektrik enerjisi istehsal etmək gücündədir.

Onun bir reaktoru var. Bu, ölkədə işləyən yeganə atom elektrik stansiyasıdır.

YUXARI