DÜNYA10.10.2024 06:00

İrakli Kobaxidze: Bəzi qüvvələr Gürcüstanda müharibənin başlamamasını qəbul edə bilmir

5250

Avropa Parlamentinin qətnaməsində ədalətsizlik aydın şəkildə vurğulanır.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib

“Aydındır ki, müəyyən qüvvələr Gürcüstanda ikinci cəbhənin açılmaması və müharibənin başlamaması faktını qəbul edə bilmir. Bu, həmin qüvvələr üçün belə ssenarini inkişaf etdirmək məqsədilə sonuncu mübarizədir. Onlar parlament seçkilərinə ümid bəsləyirlər, məhz buna görə də Avropa Parlamentində müzakirə aparıldı, qətnamə qəbul edildi. Buna baxmayaraq, həmin qüvvələrin cəhdi sadə bir səbəbə görə uğursuzluğa düçar olacaq – gürcü cəmiyyəti ətrafımızda nə baş verdiyini və bizə qarşı fəaliyyət göstərən qüvvələrin maraqlarını yaxşı başa düşdü”, - İrakli Kobaxidze “Imedi” telekanalına müsahibəsində bildirib.

YUXARI