DÜNYA21.2.2024 05:00

İlon Maskın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb

4544

“X” sosial şəbəkəsinin sahibi İlon Mask 2024-cü il Nobel Sülh Mükafatına namizədlərdən biri olub.

Trend xəbər verir ki, bu təklif Maskın bəşəriyyətin rifahına yönəlmiş texnologiyaların inkişafına verdiyi töhfəni qeyd edən norveçli deputat Marius Nilsen tərəfindən irəli sürülüb.

“Maskın təsis etdiyi, sahib olduğu və ya rəhbərlik etdiyi bir çox texnoloji şirkətlərin məqsədi cəmiyyəti təkmilləşdirmək, həm Yer, həm də kosmos haqqında bilikləri artırmaq, eyni zamanda bütün dünyada kommunikasiya və əlaqəni təmin etməkdir”, - deyə Nilsen bildirib.

YUXARI