XƏBƏRLƏR26.5.2022 21:00

İlin sonunadək Qarabağda beş kiçik SES-in bərpası planlaşdırılır

240

2022-ci ilin sonunadək Qarabağda ümumilikdə 100,27 meqavatt gücündə daha beş kiçik su elektrik stansiyasını (SES) bərpa etmək planlaşdırılır.

Bunu Trend-ə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev deyib.

"Azad edilmiş ərazilərdə elektrik enerjisinin bərpa olunan enerji mənbələrinən istehsal olunacağı gözlənilir. Söhbət ilk növbədə su, külək və günəş enerjisinin istifadəsindən gedir. Bu istiqamətdə işlər aparılır. Dörd kiçik SES tam bərpa olunub və bu əraziləri elektrik enerjisi ilə təmin edir. İlin sonunadək Qarabağda ümumilikdə 100,27 meqavatt gücündə daha beş kiçik su elektrik stansiyasının bərpası planlaşdırılır" - deyə o bildirib.

Direktor əlavə edib ki, Cəbrayıl rayonu ərazisində bp şirkəti tərəfindən 240 meqavatt gücündə elektrik stansiyasının tikinti layihəsi və potensialının qiymətləndirilməsi üzrə işlər başa çatmaqdadır.

"Bundan əlavə, Energetika Nazirliyi və "Masdar" (BƏƏ) şirkəti arasında imzalanmış memorandum çərçivəsində hər biri 100 meqavatt gücündə olan günəş və su elekterik stansiyalarının potensialının qiymətləndirilməsi üzrə işlər aparılır", - T.Əmmayev deyib.

YUXARI