İDMAN3.7.2022 15:00

İddiaçılar turniri: Teymur Rəcəbov ABŞ təmsilçisi ilə mübarizə aparacaq

290

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 13-cü turun oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda ABŞ təmsilçisi Fabiano Karuana ilə mübarizə aparacaq.

Qeyd edək ki, şahmatçımız ötən turlarda 6 xal toplayıb. O, bu nəticə ilə 4-cü sırada qərarlaşıb.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.

YUXARI