DÜNYA18.9.2024 06:00

Gürcüstanın Baş naziri: ABŞ ilə münasibətlərə yenidən baxıla bilər

5724

ABŞ Gürcüstan vətəndaşlarına sanksiyalar tətbiq etməklə, kritik həddə daha da yaxınlaşıb.

"Report"un xəbər verir ki, bunu ölkənin Baş nazir İrakli Kobaxidze ABŞ-nin bu ölkədəki səfiri Robin Dunniqanla görüşü zamanı deyib.

“Oxşar bir qərar qəbul edilərsə, Gürcüstan-ABŞ əlaqələrinə dair mövqeyimiz yenidən nəzərdən keçirilə bilər”, - Kobaxidze bildirib.

Baş nazir əlavə edib ki, ABŞ seçkilər öncəsi müxalifətin şanslarını artırmaq istəyir, lakin bu addımlar əks effekt verir, çünki sanksiyalar hakim partiyanı qorxutmayacaq.

YUXARI