GÜNDƏM19.4.2024 21:45

G7 Bakı və İrəvana çağırış etdi

2060

G7 ölkələri Ermənistan və Azərbaycanı sülh prosesinə riayət etməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatında qeyd olunub.

“Ermənistan və Azərbaycanı gücdən istifadə etməmək, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ləyaqətli və davamlı sülhə nail olmaq üçün sülh prosesinə tam sadiq qalmağa çağırırıq”, - məlumatda deyilib.

XİN başçıları bölgədəki vəziyyətin daha da gərginləşməsinin qəbuledilməz olacağını vurğulayıb, bütün səviyyələrdə, xüsusən də AB və ABŞ-ın müəyyən etdiyi danışıqlar çərçivəsində daha konstruktiv təmaslara kömək etməyə hazır olduqlarını bildiriblər.

YUXARI