DÜNYA17.6.2024 07:00

Fransada Qurban bayramını qeyd edənlərə hücum...

7413

Paris yaxınlığındakı Bonneuil-sur-Marne vilayətində silahlı şəxs Qurban bayramını qeyd etmək üçün idman zalında toplanan müsəlmanlara hücum edib.

Axar.az BFMTV-ə əsasən xəbər verir ki, hadisə zamanı iki nəfər yaralanıb, onlardan birinin meriyanın əməkdaşı olduğu bildirilir. Hücum zamanı idman zalında müsəlman icmasının 200-ə yaxın nümayəndəsi olub.

Hadisəni törədən şəxs yerindəcə saxlanılıb, onun əməlinin motivləri araşdırılır.

YUXARI