Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “Memar Əcəmi” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 20 dekabr 2024-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.
Bu barədə Nazirlikdən məlumat verilib.
Təlimə FHN-in xüsusi təyinatlı texnikalar və şəxsi heyətin cəlb olunması gözlənilir.