DÜNYA10.10.2024 09:00

Əlcəzair Fransa şirkətlərini buğda idxalı tenderindən kənarlaşdırıb

7116

Əlcəzair Fransa şirkətlərini buğda idxalı tenderindən kənarlaşdırıb və iştirakçı firmalardan Fransa mənşəli taxıl təklif etməməyi tələb edib.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, Şimali Afrika ölkəsinin hakimiyyət orqanlarının belə addım atması Əlcəzair və Fransa arasında münasibətlərdəki gərginliyin nəticəsi olub.

Məlumata görə, çərşənbə axşamı Fransa firmaları Əlcəzairin Peşəkarlararası Taxıl Agentliyi tərəfindən keçirilən müntəzəm tenderdə iştiraka dəvət edilməyib. Bundan əlavə, tenderə buraxılmış şirkətlərə Fransa buğdasını təklif etməmək tövsiyə olunub.

YUXARI