ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın reytinqi sui-qəsd cəhdindən və Respublikaçıların milli qurultayından sonra yüksəlib.
Trend xəbər verir ki, bunu "Ipsos" sosioloji xidmətinin "ABC" televiziya şirkəti üçün hazırladığı sorğunun məlumatları sübut edir.
Tədqiqata görə, Trampın reytinqi cari hadisələr fonunda son 4 ildə ilk dəfə 40%-ə yüksəlib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.