XƏBƏRLƏR28.3.2024 14:50

“Dendrologiya Bağı” publik hüquqi şəxs toxum mübadiləsi həyata keçirir

16956

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxs təsdiq edilmiş Nizamnaməsinə uyğun olaraq birgə tədqiqatların aparılması məqsədilə beynəlxalq əməkdaşlığı davam etdirir. Biomüxtəlifliyin artırılması məqsədi ilə Slovakiyanın Koşice Pavol Jozef Saferik Universitetinin Botanika Bağı və İslandiyanın Lystıgardur Akureyrar İctimai Parkı və Botanika Bağı ilə mütəmadi olaraq toxum mübadiləsi həyata keçirilir. 32 fərqli toxum nümunəsi - Burbidge Sp., Gossypium barbadense L., Kniphofia uvaria ( L.) Oken., Ruspolia Seticalyx (C.B.Clarke) Redh., Sabal domingensis Becc., Aruncus dioicus (Walter) Fernald., Aster alphinus L., Delphinium elatum L., Lilium martagon L., Caragana arborescens Lam., Fraxinus americana L., Tsuga Caroliniana ( L.) Carriere., Tripleurospermum maritimum W.D.J.Koch, Betula Nana., Silene acaulis (L.) Jacq., Calluna vulgaris (L.) Hull, Oplopanax horridus (SM.) Miq., Aster himalaicus L., Arabis androsacea L., İberis gibraltarica L., Edraianthus wettsteinii A.DC., Rhodiola linearifolia Boriss., Rhododendron ‘Rosa Mundi’, Gentiana lutea L., Lewisia cotyledon B.L.Rob., Veronica gentianoides Vah., Clematis ‘willy’, Delphinium elatum L., Trollius altaicus C.A.Mey, Geum reptans L., Sorbus rosea McAll., Saxifraga spathularis Brot. mübadilə yolu ilə əldə edilib. Bu növlər “Dendrologiya Bağı” publik hüquqi şəxsin “Ekologiya və iqlimləşdirmə” laboratoriyası tərəfindən bağ ərazisində introduksiya edilib. İqlimləşdirilmiş növlərin Abşeron yarımadasının torpaq - iqlim şəraitində yetişdirilmə və çoxaldılma yolları, bioekoloji xüsusiyyətləri tədqiq edilməsi nəzərdə tutulub.

YUXARI