XƏBƏRLƏR10.5.2024 10:30

"Dendrologiya Bağı" PHŞ-nin əməkdaşları təlimdə iştirak edib

5936

"Dendrologiya Bağı" public hüquqi şəxsin (PHŞ-in) “Təsərrüfat əhəmiyyətli bitkilər” laboratoriyasında bitkilərin efir yağlarının öyrənilməsi istiqamətində mütəmadi tədqiqatlar aparılır. Tədqiqatlar zamanı bir çox müasir növ avadanlıqlardan, o cümlədən qaz - xromatoqrafiya avadanlığından istifadə olunur.

Müasir qaz-xromatoqrafiya avadanlığının istifadə prinsiplərinin öyrənilməsi məqsədi ilə 27 aprel - 4 may tarixlərində Azərbaycan Mühəndislər Birliyi tərəfindən keçirilən  "Qaz xromatoqrafiyası" təlimində “Dendrologiya Bağı” PHŞ-nin "Təsərrüfat əhəmiyyətli bitkilər" laboratoriyasının mütəxəssisləri- Şənay Albalıyeva, Aybəniz Hacıyeva, Günay Əlihəsənova iştirak etmişdir.

Təlimçi Tariyel İdrisov tərəfindən keçirilən təlimdə iştirakçılara xromatoqrafiya nədir,  xromatoqrafiyanın növləri və iş prinsipləri haqqında məlumat verilmişdir.

Həmçinin təlimdə qaz xromatoqrafiyası ilə iş zamanı yarana biləcək problemlərin aradan qaldırılması yolları kimi nüanslara toxunulmuşdur. Təlimi müvəffəqiyyətlə başa vurmuş əməkdaşlar sertifikata layiq görülmüşdür.

YUXARI