İQTİSADİYYAT18.7.2024 14:30

Daha bir MMC-yə “Araz Vadisi İqtisadi Zonası”nın rezidenti statusu verildi

9691

“Karabakh Stone” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib. Bu barədə İqtisadi zonaların İnkişafı Agentliyi məlumat yayıb.

Bununla da Sənaye Parkının rezidentlərinin sayı 11-ə çatıb.

Müəssisədə yüksək keyfiyyətli tamet daşların istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 3,8 milyon manat olan müəssisədə 25 nəfər işlə təmin olunacaq. İstehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.

YUXARI