COP29 çərçivəsində fərqli ölkələri təmsil edən fəallar iqlim maliyyəsinin artırılması tələbi ilə aksiya keçiriblər.
Trend xəbər verir ki, aksiya iştirakçıları “Milyardlar yox, trilyonlar”, "Qalxın və Mübarizə aparın", "Kim ödəyəcək?", "Qlobal Şimal, maliyyəni artırın!" və digər şüarlar səsləndiriblər, plakatlar açıblar.
Qeyd edək ki, COP29-da iqlim maliyyəsinin artırılması üzrə danışıqlar davam edir.