MƏDƏNİYYƏT18.9.2023 06:00

Brüsseldə Azərbaycanın mədəniyyəti və incəsənəti tanıdılıb

7512

Sentyabrın 16-17-də Azərbaycanın Belçikadakı səfirliyi 1989-cu ildən başlayaraq təşkil olunan və artıq 35-ci dəfə keçirilən Avropa İrs Günlərində iştirak edib.

Brüssel paytaxt regionu tərəfindən keçirilən irs günləri çərçivəsində Azərbaycan mədəni irsinin yerli ictimaiyyətə və turistlərə təqdim olunması məqsədilə səfirliyimizdə “Azərxalça”nın istehsalı olan xalçaların sərgisi və milli musiqimizin təqdimatı olub. İrs günlərində 15-ə yaxın diplomatik nümayəndəlik iştirak edir.

Hər il müxtəlif ölkə səfirliklərinin qatıldığı tədbirdə bu il 10-dan çox diplomatik nümayəndəlik təmsil olunub. Budəfəki tədbirlərdə Avropada yaşayan musiqiçilərimiz Səbinə Məmmədova və Vüsalə Cabir qonaqlara konsert proqramları təqdim edib.

Qeyd edək ki, tədbir çərçivəsində Belçikadakı səfirliyimizə yerli ictimaiyyətin ümumilikdə 500-ə yaxın nümayəndəsi və Brüsseldə olan turistlər gəlib. Ziyarətçilərə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış təbliğat xarakterli materiallar paylanılıb.

YUXARI