ELM VƏ TƏHSİL14.9.2023 21:45

Birinci siniflərə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu yekunlaşıb

24246

2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu yekunlaşıb. Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, bu gün saat 18:00-dan etibarən mektebeqebul.edu.az elektron sistemi bağlanıb.

Qeyd edək ki, 2023-2024-cü tədris ilində 114 484 uşaq məktəbəqədər təhsilə (uşaq bağçası) cəlb olunacaq.

Eyni zamanda 135 000 uşaq birinci sinifdə təhsil alacaq, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.

YUXARI