CƏMİYYƏT14.6.2021 19:15

Bəhreyn Krallığının vəliəhdi İlham Əliyevi təbrik edib

817

Bəhreyn Krallığının vəliəhdi, Nazirlər Şurasının sədri Salman bin Həməd Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir:

“Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, dost Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq diləyirəm”.
 

YUXARI