ELM VƏ TƏHSİL8.10.2024 11:20

Bakıda Təhsilin İnkişafı Forumu keçirilir

8881

Bakıda Təhsilin İnkişafı Forumu keçirilir.

Trend xəbər verir ki, Təhsilin İnkişafı Forumu 2024-ün əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı birgə dialoq üçün uyğun platforma təmin etmək və prosesi hərtərəfli dəstəkləməkdir.

Forum hər il ölkənin təhsil sisteminin cari vəziyyəti, iqtisadiyyata inteqrasiyası, dövlət-özəl tərəfdaşlığının inkişaf perspektivlərinə dair ən vacib məsələlərin müzakirəsi üçün faydalı platforma təmin edir.

Elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib ki, Təhsilin İnkişafı Fondunun yaradılması tərəqqiyə atılan addımdır. Bu, təhsilin inkişafında özəl şirkətlərlə əməkdaşlıq qurmağa imkan verir.

O qeyd edib ki, ölkədə ikinci dəfədir keçirilən Təhsilin İnkişafı Forumu müxtəlif tərəfləri, özəl və dövlət qurumlarını bir araya gətirib.

“Təhsilin inkişafı ilə bağlı özəl şirkətlərlə əməkdaşlıq şəraitində bir sıra layihələr həyata keçirilir. Bunların arasında qızların təhsilinə dəstək ideyaları da var”, - deyə nazir əlavə edib.

YUXARI