XƏBƏRLƏR18.5.2024 16:00

Azərbaycanda attestatla universitetlərə qəbul olacaq? - DİM sədri AÇIQLADI

5548

Yəqin ki, müəyyən zaman gələcək ki, imtahan modeli dəyişə bilər.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, attestatla universitetə qəbul gözlənilmir.

"Siz bilirsiniz, 0 balla belə attestat alan var. Amma bu balla universitetə qəbul olmaq mümkün deyil", - o əlavə edib.

Qeyd edək ki, 3, 10, 17 mart, 7, 14 və 21 aprel 2024-cü il tarixlərində buraxılış imtahanları keçirilib. 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçiriləcək.

YUXARI