İQTİSADİYYAT28.4.2024 20:00

Azərbaycan və Səudiyyə Ərəbistanı energetika sektorunda birgə fəaliyyət imkanlarını müzakirə ediblər

2859

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Saudi Aramco" şirkətinin prezidenti və baş icraçı direktoru Amin H. Nasser ilə energetika sektorunda birgə fəaliyyət imkanlarını müzakirə edib. Bu barədə nazir sosial şəbəkədə bildirib.

“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz çərçivəsində "Saudi Aramco" şirkətinin prezidenti və baş icraçı direktoru Amin H. Nasser ilə görüşdə ölkəmizdə xarici sərmayədarlar üçün yaradılmış şərait, energetika sektorunda birgə fəaliyyət imkanları və hasilat layihələri üzrə əməkdaşlıq potensialı barədə müzakirələr apardıq”, – o yazıb.

YUXARI