CƏMİYYƏT27.7.2021 16:09

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli Bakı bəyannaməsi imzalanıb

9

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli iclasının yekunu olaraq Bakı bəyannaməsi imzalanıb.

Trend-in məlumatına görə, bəyannaməni Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu sənəd ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək.

 

YUXARI