İDMAN26.11.2022 03:00

Azərbaycan gimnastları Bolqarıstanda keçirilən Dünya yaş qrupları yarışında “qızıl” qazanıblar

168

Azərbaycan gimnastları Maqsud Mahsudov və Hüseyn Abbasov noyabrın 23-26-da Sofiyada (Bolqarıstan) keçirilən batut və tamblinq üzrə Dünya Yaş qrupları yarışlarında qızıl medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, 15-16 yaş kateqoriyasında gimnastlar arasında batut idmanı üzrə Maqsud Mahsudov və Hüseyn Abbasov mükafata layiq görülüblər.

Xatırladaq ki, bundan əvvəl bu yarışların gedişində akrobatika cığırında tullanma üzrə çıxış edən Tofiq Əliyev 17-21 yaş kateqoriyasında gimnastlar arasında gümüş, batutda tullanma üzrə Maqsud Mahsudov isə 15-16 yaş kateqoriyasında gimnastlar arasında “bürünc” qazanmışdı, Əli Niftəliyev 13-14 yaş kateqoriyasında batut idmanı üzrə “gümüş”, Əmmar Baxşəliyev və Fərhad Mustafayev 11-12 yaş kateqoriyasında isə batut idmanı üzrə "bürünc" mükafatına layiq görülüblər.

YUXARI