CƏMİYYƏT18.5.2024 14:00

Azərbaycan dili və riyaziyyatdan ballar artıb - Məleykə Abbaszadə

3746

11-ci sinfin imtahan nəticələri bu il yüksək oldu, orta bal Azərbaycan dili fənnindən 9 bal artıb.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Bu artım riyaziyyat fənnində də var, təqribən 5-6 bal artıb. Hesab edirik ki, bu çox yaxşı nəticədir", - o əlavə edib.

DİM sədri gələn il daha yaxşı nəticələrin olacağına inandığını bildirib.

Qeyd edək ki, 3, 10, 17 mart, 7, 14 və 21 aprel 2024-cü il tarixlərində buraxılış imtahanları keçirilib. 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçiriləcək.

YUXARI