KRİMİNAL17.4.2024 10:43

Aytən Səfərova qəzaya düşüb - Ölən və xəsarət alanlar var

4886

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Səfərovanın (Piriyeva) idarə etdiyi avtomobil toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanl Trend-ə bildirib ki, nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

xxx

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə 8 Noyabr prospektində, "Gənclik Park"ın qarşısında qeydə alınıb.

Belə ki, tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi "Hyundai" markalı avtomobil digər "Hyundai" ilə toqquşaraq aşıb. Nəticədə, aşan avtomobil yol kənarında olan "Kia Soul" markalı avtomobilə çırpılıb.

Nəticədə bir nəfər ölüb, Aytən Səfərova da daxil olmaqla, bir neçə nəfər xəsarət alıb.

Xəsarət alanların vəziyyəti dəqiqləşdirilir.

YUXARI