Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mətin Gürak Böyük Britaniyadan olan həmkarı Toni Radakinlə telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri X hesabında məlumat yayıb.
Tərəflər Suriyadakı proseslərlə yanaşı, iki ölkə arasındakı əlaqələri də müzakirə ediblər.
Qeyd edək ki, tərəflər arasında dekabrın 8-də də telefon danışığı baş tutub.