Gələn ilin aprel ayına qədər İranın sərəncamında 10-a yaxın nüvə başlığı ola bilər.
Axar.az xəbər verir ki, bu barədə “Tayms” İranın nüvə obyektlərinə dəfələrlə baş çəkən ekspertə istinadən yazıb.
Əvvəllər İranın nüvə proqramının monitorinqinə rəhbərlik edən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) keçmiş direktor müavini Olli Heinonen deyib ki, İran rejiminin 10 nüvə başlığı istehsal etməsinə cəmi altı ay vaxt qala bilər.
Onun sözlərinə görə, Tehran tələssə, arsenal gələn ilin aprelində hazır olacaq.
Heinonen vurğulayıb ki, 1 oktyabr gecəsi İsrailə atılan raketlər belə döyüş başlıqları üçün daşıyıcı kimi istifadə oluna bilər.