MƏDƏNİYYƏT25.4.2024 14:57

“Alleqoriya” incəsənət platforması tələbələri incəsənətlə görüşdürür

15807

Bir ildən çoxdur fəaliyyət göstərən “Alleqoriya” incəsənət platforması tələbələri incəsənətlə görüşdürür. 

Gənc rəssamlara dəstək olmaq, gənclərin incəsənətə marağını artırmaq üçün yola çıxan “Alleqoriya” aprel ayının 26-da Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə Bakı Dövlət Universitetində ilk rəsm sərgisini keçirəcək. 19 rəssamın 28 əsərinin nümayiş olunacağı sərgi bir gün davam edəcək. “Sənətdə qırmızı” adlı sərgidə, əsasən, qırmızı rəngin üstünlük təşkil etdiyi əsərlər sənətsevərlərə təqdim olunacaq. 

Sərgi rəssamların öz əsərlərini təqdim etməsi ilə yanaşı, incəsənətin cəmiyyətdəki təsirini artırmaq, mədəni istirahəti təşviq etmək və gənc rəssamları həvəsləndirmək məqsədi daşıyır. Rəssamlara dəstək olmaq, onlara ilham vermək üçün təşkil olunan bu sərgi sənətsevərlərə də möhtəşəm duyğular bəxş edəcək.

İncəsənətin inkişafı, gənc rəssamlara dəstək üçün media nümayəndələri də sərgiyə dəvətlidir.
 

YUXARI