ELM VƏ TƏHSİL17.1.2022 13:40

“Ali təhsil haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq

1515

“Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə təqdim olunacaq.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, qanun layihəsinin üzərində işçi qrupunun işi başa çatıb.

“Qanun layihəsi rəylər alınması üçün müvafiq qurumlara göndərilib. Bu rəylər alınır və üzərində işlər tamamlandıqdann sonra Elm və təhsil komitəsində müzakirə ediləcək və iş tamamlandıqdan sonra qanun layihəsi Milli Məclisin yaz sessiyasının plenar iclasına tövsiyə ediləcək”, - deyə B.Əliyev vurğulayıb.

YUXARI