DÜNYA23.4.2024 10:00

ABŞ Ukraynaya yeni hərbi yardım paketi təqdim edəcək

3191

ABŞ tezliklə Ukraynaya yeni hərbi yardım paketi təqdim edəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında bildirib.

“ABŞ Senatı milli təhlükəsizlik ehtiyacları üçün əlavə maliyyəni təsdiqlədikdən sonra Ukraynaya yeni hərbi yardım paketi dərhal ayrılacaq”, - deyə Bayden qeyd edib.

YUXARI