2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Trend Vətən müharibəsinin xronikasını təqdim edir.
- Prezident İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etdiyini açıqlayıb.
- Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.
- Prezident İlham Əliyev “Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verib.
- Prezident İlham Əliyev Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndlərinin işğaldan azad edildiyini açıqlayıb.
- Prezident İlham Əliyev Mayis Bərxudarov və Hikmət Mirzəyevi təbrik edib.
- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib.
- Ermənistanın atəşi nəticəsində Beyləqan şəhərində 2 dinc sakin həlak olub, 2 nəfər isə xəsarət alıb, Baş Prokurorluq Gəncənin ağır artilleriyadan atəşinə tutulması barədə açıqlama yayıb. Ermənistanın Gəncəyə atdığı raketlər nəticəsində 1 mülki şəxs həlak olub, 39 nəfər yaralanıb.
- Arayik Arutunyan barəsində cinayət işi başlanılıb.
- Azərbaycanın Baş prokuroru beynəlxalq təşkilatlara müraciət etdi.
- Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.
- Müdafiə nazirliyi növbəti dəfə düşməndən götürülən xeyli sayda qənimətin görüntülərini paylaşıb.