CƏMİYYƏT3.7.2022 15:25

Zorakılıqla üzləşən qadın uşaqları ilə birgə Sosial Xidmətlər Agentliyinin müəssisəsinə yerləşdirilib

1337

Əri tərəfindən döyüldüyü iddia edilən və 4yaşlı uşağı ilə Sumqayıtda parkda qalması ilə bağlı görüntüləri yayılan qadın barəsində məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfində məsələ nəzarətə götülüb.

Nazirlikdən bildirilib ki, artıq onlar Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib.

"Dəstəyə görə Daxili İşlər Nazirliyinin əməkdaşlarına və prosesdə iştirak edən hər kəsə minnətdarlığımızı bildiririk!", - deyə Nazirlikdən bildirilib.

YUXARI