İDMAN14.8.2022 22:30

Zöhrə Ağamirova İslamiadada daha bir qızıl medal qazanıb

492

Azərbaycan gimnastı Zöhrə Ağamirova V İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə yarışda növbəti qızıl medal qazanıb.

Trend xəbər verir ki, Z.Ağamirova lentlə hərəkətlərdə birinci yerə layiq görülüb.

Proqramın finalında lentlə çıxış edən digər azərbaycanlı gimnast İlona Zeynalova dördüncü yeri tutub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

YUXARI