CƏMİYYƏT17.1.2022 13:02

XİN-ə qəbul imtahanında iştirak edəcək namizədlər üçün buraxılış vərəqəsinin verilməsinə başlanılıb

1849

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 23 yanvar 2022-ci il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün imtahan keçiriləcək.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər:

Namizədlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü namizədlər tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

YUXARI