MƏDƏNİYYƏT6.12.2023 07:00

Xalq şairinin qızı vəfat etdi

10545

Xalq şairi Hüseyn Arifin qızı Zöhrə Hüseynzadə ötən gün səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Kult.az xəbər verir ki, bu barədə Qazax Xeyriyyə Cəmiyyətinin məlumatında bildirilib.

Qeyd edilib ki, Zöhrə xanım öz vəsiyyətinə uyğun olaraq Abşeron rayonunun Mehdiabad qəsəbəsində dəfn olunub.

Xatırladaq ki, Zöhrə Arif qızı Hüseynzadə 1951-ci ilin 30 sentyabrında Qazax rayonunun Yenigün kəndində (indiki Ağstafa rayonu - red.) anadan olub. Tibbi təhsil alıb və səhiyyə sistemində çalışıb.

YUXARI