GÜNDƏM10.7.2024 19:05

Vaşinqtonda ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir

2406

İyulun 10-da Vaşinqtonda NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dövlət katibi Antoni Blinkenin iştirakı ilə görüş keçirilir. Bu barədə Azərbaycan XİN "X" sosial şəbəkə hesabında mçəlumat yayıb.

Qeyd edək ki, NATO-ya üzv 32 ölkə, tərəfdaş ölkə və Avropa İttifaqının iştirakı ilə keçirilən NATO sammiti iyulun 9-da ABŞ-ın paytaxtı Vaşinqtonda başlayıb və iyulun 11-dək davam edəcək.

“Ukrayna və Transatlantik Təhlükəsizlik” mövzusunda keçirilən tədbir həm də NATO-nun 75 illiyinə həsr olunub.

YUXARI