Bəzən məktəblərdə valideynlərə tədrisdən kənar hansısa kitablar, test kitabçıları aldırırlar.
Trend xəbər verir ki, bu barədə bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi direktoru Eşqi Bağırov mətbuat üçün keçirilən brifinq zamanı deyib.
“Biz buna tamamilə qarşıyıq. Belə bir halla qarşılaşan zamanı valideynlərin qaynar xəttə bildirməkləri xahiş olunur.
Ümumilikdə cari tədris ili üçün 7 150 000 dərslik sifariş üzrə təqdim edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regional təhsil idarələrinə, MÜTDA-ya və digər dövlət qurumlarına tabe ümumtəhsil müəssisələri, həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən ümumtəhsil müəssisələri də daxil olmaqla ümumilikdə 7150000 dərslik sifariş üzrə təqdim edilib”,- deyə o bildirib.