ELM VƏ TƏHSİL27.5.2022 13:27

UTECA-nın layihəsi TEKNOFEST Azərbaycan festivalı ziyarətçilərinin marağına səbəb olub

2916

Startap məhsulu hazırda istifadədə olan minaaxtaran avadanlıqlardan daha sərfəli, ən əsası insan amilini sıfıra endirən və asan ərsəyə gələn coxfunksiyalı minaaxtaran və zərərsizləşdirən robotdur.

Komandanın kapitanı Yusif Məmmədov: "Robotumuz xalqımıza və ordumuza xidmət edəcək və minalanmış əraziləri özəl operatorlarla birlikdə kəşf edib, müəyyən etdiyi yerin kordinatlarını yollayacaq, hətta lazım gəldikdə tapılmış minanı yerindəcə uzaqdan zərərsizləşdirə biləcək. Hətta minanı götürüb başqa əraziyə də daşımaq qalibillətinə malikdir. Layihəmiz minalı ərazilərdə insan yaralanmaları və ölümlərinin sıfıra endirilməsini hədəfə alan bir layihədir. Burda robot insana nisbətən daha dəqiq işləyəcəyi üçün peosesləri sürətləndirir və xəta payını sıfıra enir".

Qeyd edək ki, müsabiqə layihələrinin sərgiləndiyi zalda Qərb bölgəsində yerləşən universitetlərdən yalnız Azərbaycan Texnologiya Universitetinin tələbələri stendlə çıxış edir. Universitetin Rosol komandası Robotexnika müsabiqəsində ilk onluqdadır.

YUXARI