İDMAN6.8.2022 09:00

UEFA Çempionlar Liqası matçlarında azarkeşlərin davranışına görə "Qarabağ"ın rəqibini cəzalandırıb

194

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Macarıstanın "Ferentsvaroş" klubunu Çempionlar Liqasının təsnifat mərhələsində "Slovan"la görüşdə azarkeşlərin davranışına görə cərimələyib. Trend bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumata əsasən, Macarıstan klubu azarkeşlər tərəfindən irqçilik nümayiş etdirildiyinə, həmçinin pirotexniki vasitələrdən istifadə edildiyinə və əşyalar meydançaya atılmasına görə 79 min avro cərimələnib.

UEFA həmçinin növbəti səfər matçında "Ferentsvaroş" azarkeşlərinə bilet satışının qadağan edilməsinə qərar verib. Bundan əlavə, "Ferentsvaroş" bir matç üçün tribunaların qismən bağlanması ilə cəzalandırılıb. Macarıstan klubunun növbəti ev oyununda “İrqçiliyə yox” pankartı asılmalıdır.

YUXARI