DÜNYA24.9.2021 23:25

Türkiyənin yeni PUA-sı nümayiş etdirilib

539

Türkiyə Silahlı Qüvvələri üçün hazırlanan "Aksungur" pilotsuz uçuş aparatı “Teknofest” – Aerokosmik və Texnologiya Festivalında nümayiş etdirilib.

Trend-in məlumatına görə, sözügedən PUA Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanıb.

TUSAŞ-ın baş direktorunun PUA sistemləri üzrə müavini Ömər Yıldız "Anadolu"ya açıqlamasında bildirib ki, şirkət ilin sonuna qədər Türkiyə Silahlı Qüvvələrinə 4 ədəd "Aksungur" PUA-sı verməlidir.

Onun sözlərinə görə, bu PUA 18 ay ərzində hazırlanıb və havada 50 saatdan artıq qala bilir.

YUXARI