DÜNYA24.1.2023 23:30

Türkiyənin tələbi ilə İsveç və Finlandiya ilə danışıqlar ləğv edildi

66

Ankaranın tələbi ilə Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli mexanizm üzrə danışıqlar qeyri-müəyyən müddətə ləğv edilib.

Trend "Habertürk"ə istinadən xəbər verir ki, Ankara İsveçdə Türkiyənin qırmızı xətlərini pozan təxribatlara yol verilməsinə reaksiya verib.

Məlumatda qeyd edilir ki, İsveç terror təşkilatlarının təxribatlarına icazə verib, hətta Quranın təhqir olunmasına dözüb. Bu hadisələrdən sonra Türkiyənin İsveçə reaksiyası NATO-ya üzv olmaq üçün mübarizə apardığı Finlandiyada böyük əks-səda doğurub.

Beləliklə, Ankaranın tələbi ilə Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli mexanizm görüşü qeyri-müəyyən müddətə ləğv edilib.

Xatırladaq ki, Madriddə keçirilən NATO Zirvə toplantısında Türkiyə, Finlandiya və İsveç arasında imzalanan üçtərəfli memorandum əsasında qurulan Daimi Birgə Mexanizmin ilk iclası ötən il avqustun 26-da Finlandiyada keçirilib.

YUXARI