DÜNYA23.3.2023 21:18

Türkiyə parlament komissiyası Finlandiyanın NATO-ya üzvlük müraciətini təsdiqləyib

396

Türkiyə parlamentinin xarici əlaqələr komitəsi Finlandiyanın NATO-ya üzv olmaq müraciət ərizəsini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.

Bundan sonra ərizə Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilməlidir.

Qeyd edək ki, bu gün Finlandiya prezidenti Sauli Niinistö ölkənin Şimali Atlantika Alyansına qoşulması haqqında qanunu imzalayıb.

YUXARI