DÜNYA23.6.2022 14:00

Türkiyə ordusu şəhid verdi

75

Türkiyə Silahlı Qüvvələrinin iki hərbçisi şəhid olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Diyarbəkir şəhərində Jandarm Komando Alay Komandanlığı tərəfindən 22 iyun tarixində həyata keçirilən “Ərən Abluka-18” əməliyyatında terrorçularla silahlı qarşıdurma zamanı yaralanan Oğuzhan Arduç və Turqut İçen bu gün şəhid olub. Daha bir yaralının isə müalicəsi davam etdirilir.

Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına başsağlığı, yaralanan şəxsi heyətimizə isə tezliklə şəfa diləyirik.

Millətimizə başsağlığı veririk", - məlumatda bildirilir.

Terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə əlavə qüvvə cəlb olunub.

YUXARI