DÜNYA27.5.2022 18:00

Türkiyə ordusu İraq və Suriyada 20-dən çox terrorçu zərərsizləşdirib

1624

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında davam etdirdiyi "Pəncə Kilid" antiterror əməliyyatında daha 16 terrorçu zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, PKK mənsublarının mövqeləri müəyyən edildikdən sonra həmin mövqelərə zərbələr endirilib.

Aprelin əvvəlindən bu günədək "Pəncə Kilid" antiterror əməliyyatı bölgəsində 100-dən çox terrorçu zərərsizləşdirilib.

Bundan başqa, Türkiyə ordusu Suriyanın şimalında davam etdirdiyi "Fərat qalxanı" antiterror əməliyyatı bölgəsində 7 PKK mənsubunu məhv edib.

YUXARI