İDMAN4.8.2022 15:30

Türkiyə millisinin bütün zamanlar üçün ən yaxşı heyəti açıqlanıb

227

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Türkiyənin hər bir dövr üçün ən arzuolunan komanda heyətini açıqlayıb.

Trend xəbər verir ki, 3-4-3 sistemi üzrə sıralanan oyunçuların siyahısı belədir.

Qapıçı: Rüştü Reçber

Müdafiəçilər: Fatih Terim, Alpay Özalan, Bülent Korkmaz

Yarımmüdafiəçilər: Emre Belözoğlu, Tuqay Kerimoğlu, Can Bartu, Oğuz Çetin

Hücumçular: Metin Oktay, Hakan Şükür, Tanju Çolak

Qeyd edək ki, IFFHS 1888-ci ildən başlayaraq, bütün ölkələrdə və bütün illərdə keçirilən milli çempionatların tarixini araşdırır.

YUXARI