DÜNYA4.11.2024 07:00

Tramp ABŞ-də seçki öncəsi son sorğuda Harrisi qabaqlayır

3955

ABŞ-nin keçmiş prezidenti Donald Tramp prezidentlik yarışında vitse-prezident Kamala Harrislə bərabər olub və oktyabrın əvvəlindən bəri 4 faiz fərqi aradan qaldırıb.

Trend-in məlumatına görə, bu barədə "The New York Post" qəzeti tərəfindən keçirilın son sorğunun məlumatlarında qeyd olunub.

Məlumata əsasən, hər iki namizəd seçicilər arasında 49 faiz, 2 faiz isə digər namizədi dəstəkləyəcəyini bildirib.

K.Harrisin dəstəyi əvvəlki sorğudan 2 faiz aşağıdır ki, bu da Trampın Seçkilər Kollegiyasında potensial qələbəsi demək ola bilər.

YUXARI